Bakıdakı yanğının görüntüləri yayıldı

  • 25.09.2020
  • 0

Bir az əvvəl Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib. AZSABAH.COM-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb. Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

Nə düşünürsən?