Bu qızıl yatağında geoloji-kəşfiyyat işləri davam etdirilir

  • 24.09.2020
  • 78 baxış
  • 0

"Çovdar" qızıl yatağında dərin qatların istismarı üzrə geoloji-kəşfiyyat işləri gələn ilin payızında başa çatacaq. Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O bildirib ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin son 3 il ərzində həyata keçirdiyi işlər nəticəsində onun balansındakı əlvan metalların, ilk növbədə qızıl ehtiyatlarının həcmi əhəmiyyətli dərəcədə artıb. Bu, ölkə iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft ixracı baxımından çox vacibdir. Prioritet olan digər istiqamət isə qara metallurgiya ilə bağlıdır. Bunların sırasında dəmir filiz yatağının işlənməsi və zənginləşdirilmə kombinatının fəaliyyətinin yenidən qurulmasıdır ki, bununla da ölkə iqtisadiyyatında istehsal və istehlak olunan dəmir məmulatlarının xammal bazası yaradılacaq. Ümumi daxili məhsulla bağlı proqnozlara da toxunan nazir bildirib ki, bu istiqamətdə xeyli azalma gözlənirdi. Amma müşahidələr onu göstirir ki, azalma tempi gözləntilərdən aşağı olacaq. Mikayıl Cabbarov karantin tədbirlərinin yumşaldılması ilə aktiv fəaliyyətə qayıdan sahibkarlara müraciət edərək, sosial izolyasiya tədbirlərinə ciddi yanaşmağı tövsiyə edib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?