Prezident və birinci xanımla görüşən sakinin təəssüratı

  • 24.09.2020
  • 0

Məlum olduğu kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmçinin Balaxanı sakinləri ilə görüşüblər. Xezerxeber.az-ın məlumatına görə, Prezident və Birinci xanımla görüşən sakinlərdən biri Balaxanı qəsəbəsinin ağsaqqalı Hacı Həsən Vəliyevdir. Onunla biz də elə qəsəbənin mərkəzində görüşdük. Balaxanıda doğulan Həsən Vəliyev bu qəsəbənin hər yerini tanıyır. Onun sözlərinə görə, qəsəbələrinin siması son 1 ildə olduqca dəyişib. Müsahibimizin sözlərinə görə, onun ən böyük istəklərindən biri növbəti dəfə prezidenti öz evində qonaq etməkdir. Dünənki görüşü yaddaşına həkk edən insanlardan biri də qəsəbəni rəngarəng rəsmlərlə bəzəyən, küçələrə fərqli bir nəfəs verən rəssam Emin Ələkbərovdur. Onun sözlərinə görə, Prezident və Birinci xanımla nə vaxtsa görüşəcəyinə inanmazdı. Amma dünən bu arzusunun reallaşması ona fərqli bir ruh yüksəkliyi verib. Emin Ələkbərov deyib ki, dünənki görüşdən sonra qarşısına daha bir məqsəd qoyub. Rəssam küçələrdə Balaxanının tarixini əks etdirən əsərlərinin sayını artıracaq. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?