“Smart customs” elektron tətbiqin təqdimatı keçirildi

  • 24.09.2020
  • 191 baxış
  • 0

Sentyabrın 24-də Dövlət Gömrük Komitəsində (DGK) "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib. Xezerxeber.az-ın məlumatına görə, təqdimatda bildirib ki, "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsi kölgə iqtisadiyyatının aradan qaldırılmasında, xidmət səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Qeyd olunub ki, layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompüterə yüklədiyi "Smart customs” tətbiqi vasitəsilə asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir. Vurğulanıb ki, sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri tətbiq üzərindən əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac yoxdur. Sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq. Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür. Diqqətə çatdırılıb ki, əvvəllər xaricdən edilən sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limitdən çox olduğu halda şəxslər gömrük orqanına getməli, yazılı formada bəyannamə təqdim edərək bir neçə proseduru həyata keçirməli idi. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?