Özünü avtomobillərin altına atan "ağsaqqal"

  • 24.09.2020
  • 0

Əbəs yerə başlıqdakı ağsaqqal sözünü dırnaq içində yazmamışıq. Çünki 23 sentyabr, 18:27 radələrində, Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində özünü avtomobillərin altına atan bu şəxs əsl ağsaqqal sayıla bilməz. Çünki əsl ağsaqqal başqalarına örnək olmalıdır. Bu şəxs isə piyadalar üçün hərəkətin qadağan, avtomobillər üçün svetoforun yaşıl işığı yanan zaman özünü yola atır. Hər iki istiqamətdə hərəkət edən bir neçə avtomobilin onu vurması an məsələsi olur. Təbii ki, belə halda qəza olduqda ən böyük zərəri sürücü çəkəcək. Belə məsuliyyətsiz şəxsə görə öz yolu ilə gedən insanlar azadlığından belə məhrum oluna bilir. Təəssüf ki, bu belədir.

Nə düşünürsən?