Övladlığa uşaq götürən ailələrə pul veriləcək

  • 23.09.2020
  • 11 baxış
  • 0

Övladlığa uşaq götürmə ilə bağlı stimullaşdırma proqramı nəzərdə tutulub. Xezerxeber.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin departament müdiri Cavid Şahmalıyev deyib. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan sağlamlıq imkanları məhdud uşaqların övladlığa götürülməsinin təşviq edilməsi üçün valideynlərə pul verilməsi təklif edilib. Təcrübə göstərir ki, övladlığa uşaq götürülməsi ilə bağlı daha çox 0-2, 0-3 yaş arası uşaqlara üstünlük verilir. Təkliflər sırasında bu uşaqların təhsil xərclərinin, eləcə də səhiyyə xərclərinin dövlət tərəfindən qarşılanması da var. Vergilər Məcəlləsində də bəzi güzəştlər nəzərdə tutulur. Eyni zamanda övladlığa verilən uşaqlara nəzarət prosesi də gücləndirilir. Təkliflər Milli Məclisdə qəbul olunarsa, 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda övladlığa veriləcək uşaqların sayı təxminən 50-dir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?