Yeni təcili tibbi yardım avtomobilləri xidmətə verildi

  • 23.09.2020
  • 0

Azərbaycana gətirilən 100 yeni təcili tibbi yardım avtomobili bu gündən koronavirusla mübarizə üçün vətəndaşların xidmətinə verilir. Xezerxeber.az-ın məlumatına görə, bu baradə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov açıqlama verib. O deyib ki, yeni avtomobillərdən 7-si Naxçıvan Muxtar Respublikasında xidmət aparacaq. Təcili yardım avtomobillərindən 48-i reanimobil təcili yardım maşınlarıdır ki, bu da xəstələrin tam təhlükəsiz olaraq daşınmasına hesablanıb. Vüqar Qurbanov qeyd edib ki, yeni təcili yardım avtomobillərinə ölkədə nə qədər tələbat olması ilə bağlı araşdırmalar aparılıb. Qeyd edək ki, ölkəyə yeni gətirilən təcili yardım avtomobilləri tibbi yardımın genişliyi, içərisində olan xərəklərin sayı, şina dəstləri, süni tənəffüs aparatı, elektrokardioqramma, reanimasiya çantası və digər yüksək texnoloji göstəricilərinə görə digərlərindən fərqlənir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?