Avtobus sərnişinləri bu prospektdə çətinlik yaşayır

  • 23.09.2020
  • 0

Nizami rayonu, Ziya Bünyadov prospektində avtobusdan düşən sərnişinlər ''Koroğlu'' Nəqliyyat Mübadilə Mərkəzinə getmək üçün çətinlik çəkirlər. Onlar parkın yaxınlığından mübadilə mərkəzinə sanki təpədən sürüşə-sürüşə enirlər. Çıxmaq isə bir başqa problemdir.... Xezerxeber.az-ın məlumatına görə, bu vəziyyətdən ən çox yaşlı sərnişinlər və uşaqlı analar əziyyət çəkirlər. Sərnişinlər deyirlər ki, həmin yerin yaxınlığında ''BakuBus''a məxsus M8 avtobusları dayanır və sərnişinləri orda düşüb-minirlər. Bu səbəbdən də sərnişinlər məcburi olaraq ''Koroğlu'' Nəqliyyat Mübadilə Mərkəzinə həmin ərazidən keçirlər. Baxmayaraq ki, mübadilə mərkəzi tikilərkən digər tərəfdən standartlara cavab verən müasir pilləkən qoyulub. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agnetliyindən bildiriblər ki, prospektdən mübadilə mərkəzinə keçmək üçün pilləkən var. Qaldı ki, digər tərəfdən sərnişinlərin düşməsi üçün pilləkənin tikilməsinə, buna Agentlik yox, rayon icra hakimiyyəti cavabdehdir. Nizami Rayon İcra Hakimiyyətindən isə ''Xəzər Xəbər''ə bildirilib ki, ərazidə pilləkənin tikilməsi üçün Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməlidir. Pilləkənin tikilməsinə müsbət rəy verilərsə, rayon icra hakimiyyəti tərəfindən sözügedən ərazidə iş görülə bilər. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?