Ölkəmizdə 1 gündə koronavirusa yoluxan şagird sayı bilindi

  • 23.09.2020
  • 0

Təhsil Nazirliyi ölkədə ümumi təhsil müəssisələrində koronavirusa yoluxma ilə bağlı son statistikanı açıqlayıb. BAKU.WS xəbər verir ki, sentyabrın 23-də 59 şagird, 4 işçi heyətinin hərarət 37 dərəcədən yüksək olub. Bu gün 7 şagirddə koronavirus aşkarlanıb. İşçi heyət arasında yoluxma isə 6 olub. Bu gün distant təhsilə keçən məktəb və sinif olmayıb.

Nə düşünürsən?