Babək prospektində avtomobili vurub qaçdı

  • 23.09.2020
  • 0

YPX.AZ qaynar xəttinə videogörüntü göndərən sürücü bildirir ki, 99 AR 506 və 90 ME 212 dövlət qeydiyyat nişanlı avtomobillərin hər ikisinin ön hissəsində zədə var idi. Görünən odur ki, Tofaş markalı avtomobilin sürücüsü Ford markalı avtomobili vurub və hadisə yerindən qaçmağa cəhd edib. Fordun sürücüsü onu saxlamaq istəsə də o qırmızı işıqda hərəkəti davam etdirib qaçır. Hətta bu zaman yenə digər avtomobilə toxunur. Çox güman ki, arxadan gələn 99 XJ 118 DQN-lı "Nissan" və 10 PE 317 DQN-lı "Daewoo" markalı avtomobillərin sürücüləri də hadisəyə şahid olublar. Ümidvarıq səlahiyyətli orqanlar Təhlükəsiz Şəhər kameraları vasitəsilə hadisə haqqında dəqiq məlumat alacaqlar.

Nə düşünürsən?