Dönmə işığını yandırmıram

  • 23.09.2020
  • 0

Təəssüf ki, hər gün yollarda biri-birindən daha betər qayda pozan, qanunlara hörmətsiz yanaşan sürücülər görürük. 22 sentyabr, 08:51 radələrində Heydər Əliyev prospektində qayda pozan sürücü isə əksinə qarşı tərəfi "borclu çıxarmağ"a çalışıb. Belə ki, videogörüntünü göndərən sürücü "STOP" xətdə dayanaraq quraşdırılmış iri güzgüdən sağa dönən avtomobilləri gözləyib və yol verib. Daha sonra isə dönmə işığı yanan avtomobil olmadığını gördükdən sonra hərəkətə başlayıb. Çünki düz gedən avtomobilləri gözləməyə ehtiyac yoxdur. Düz gedən avtomobillərlə bu sürücünün hərəkət zolağı kəsişmir. 99 AL 521 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilin sürücü isə dönmə işığını yandırmadan qəfil sağa dönüb. Etdiyi qayda pozuntusu azmış kimi əks tərəfi "borclu çıxardıb" ki, "mən baş yolla gəlib dönürəm, sən mənə yol verməlisən". Əks tərəf isə onun dönəcəyini bildirmək üçün dönmə işığını yandırmalı olduğunu bildirib. O isə "yandırmıram, işləmir" cavabı verib. Yəni qaydaları pozmağı azmış kimi, hələ bir əks tərəfə irad da bildirib. Görünür bu sürücü səlahiyyətli orqanlar tərəfindən cərimə olunduqdan sonra anlayacaq ki, dönmə işığını yandırmaq lazımdır. Həm də səlahiyyətli orqanlar ona izah edər ki, avtomobilin dönmə işığı yanmırsa, nasazdırsa yola çıxmalı deyil. Yolda xarab olubsa ən yaxın təmir mərkəzinə gedənə qədər əl işarəsi ilə dönəcəyi istiqaməti bildirməlidir. Təbii ki, bütün bunlar yol hərəkəti qaydaları ilə tənzimlənib. Bu sürücünün əməl etmədiyi yol hərəkəti qaydaları ilə.

Nə düşünürsən?