Hindistanda yaşayış binası çökdü - 39 nəfər öldü

  • 23.09.2020
  • 0

Hindistanın Bhivandi şəhərində (Maharaştra ştatı) üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb. Ölənlər arasında 15 uşağın olduğu bildirilir. Times of India nəşri xəbər verir ki, son iki sutka ərzində dağıntılar altından daha 13 cəsəd çıxarılıb. Regionda iki gündür davam edən leysan yağışları axtarış işlərini çətinləşdirir. Xatırladaq ki, faciə sentyabrın 21-də səhərə yaxın baş verib. Sakinlər hadisənin ilk saatlarında 20 nəfəri xilas edə biliblər. Polisin məlumatına görə, bundan əvvəl binanın sahibinə tikilinin bərbad vəziyyətə düşdüyü barədə çoxsaylı xəbərdarlıqlar olunub. Belə ki, 1977-ci ildə tikilmiş binada uzun müddətdən bəri təmir aparılmayıb. Hökumət həlak olanların ailələrinin hər birinə 500 min rupi məbləğində kompensasiya veriləcəyini elan edib./AZƏRTAC

Nə düşünürsən?