Azərbaycanda koronavirusa yoluxan şagirdlərin sayı artdı

  • 22.09.2020
  • 0

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində Covid-19 virusuna dair bu günə olan məlumatı açıqlayıb. AZXEBER.COM xəbər verir ki, bu gün 10 şagirddə koronavirus aşkarlanıb. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7-yə bərabərdir. Bundan başqa, bu gün koronavirusa görə 2 sinif distant təhsilə keçirilib. Qeyd edək ki, son sutkada 36 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. İşçi heyətində bu göstərici 7-yə bərabərdir.

Nə düşünürsən?