Bakıda neft emalı zavodu sökülür

  • 22.09.2020
  • 10 baxış
  • 0

"Azərneftyağ" Neft Emalı Zavodunun ərazisində olan bəzi qurğuların söküntüsünə başlanıb. Xezerxeber.az-ın məlumatına görə, söküntü nəticəsində uzun illərdir fəaliyyətdə olan istehsalat qurğuları, saxlama anbarları və çənlər tarixə qovuşacaq. SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, 5 il əvvəl bu zavod Heydər Əliyev adına Bakı Neft Emalı zavodu ilə birləşdirilib. Hazırda "Azərneftyağ" zavodunun ərazisində olan bəzi qurğular istismar müddətini başa vurduğundan onların bir qismi artıq sökülüb və işlər davam etdirilir. Ancaq bəzi qurğular ölkənin eneji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyindən onlar hələ ki, işlək vəziyyətdindədir. Qurum rəsmisi qeyd edib ki, 2022-ci ildə ölkədə ''Avro- 5'' standartına cavab verən avtomobil yanacağının istehsalı tam gerçəkləşdiriləcək. Bakı Neft Emalı zavodunda yeni neft emalı qurğusu inşa edildikdən sonra "Azərneftyağ"ın ərazisi tam söküləcək. Zavod ərazisində bütün işlərin 2025-ci ilədək tamamlanması nəzərdə tutulur. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?