Onlayn dərslər üçün vahid cədvəl niyə yoxdur?

  • 22.09.2020
  • 0

Onlayn dərslərə qatılan bəzi məktəblilərin standart dərs cədvəli yoxdur. Bəzi şagirdlər isə hətta həftəsonları da onlayn dərslərdə iştirak etmək məcburiyyətində qalırlar. Xezerxeber.az-ın məlumatına görə, bu vəziyyət şagirdlər ilə yanaşı, valideynlərin də narazılığına səbəb olur. Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyir ki, bu cür problemlərin yaşanmaması üçün nazilik tərəfindən nümunəvi dərs cədvəlləri hazırlanaraq həm yerli təhsil müəssisələrinə göndərilib, həm də nazirliyin rəsmi internet səhifəsində paylaşılıb. Qalır məsələyə məktəb rəhbərliyinin daha məsuliyyətli yanaşması. Təhsil üzrə ekspert Kamran Əsədov isə problemin səbəbini hazırda müəllimlərin dərs yükünün əvvəlki ilə müqayisədə qat-qat çox olmasında görür. Qeyd edək ki, sözügedən problem valideyn və məktəblilərlə yanaşı, bəzi müəllimlərin də narazılığına səbəb olur. Təhsil Nazirliyinin sosial şəbəkələrdəki hesablarına bununla bağlı çoxsaylı müraciətlər olunur. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?