Payızda "ikinci dalğa" təhlükəsi

  • 22.09.2020
  • 0

Təəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başlayıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir. Bu haqda bizə maraqlı olan bütün sualları TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev cavablandırdı. O bildirdi ki, iyuldakı kimi yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər.

Nə düşünürsən?