Xatirənin “Sənsizləmişəm”ini oxuyan məşhura reaksiya

  • 22.09.2020
  • 0

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai həmkarı Xatirə İslamın “Sənsizləmişəm” mahnısını ifa edib. Publika.az xəbər verir ki, Navai studiyada çəkilən kadrları İnstaqramda paylaşıb. Onun bu ifası qısa müddətdə diqqət çəkib. Emin Ağalarov alov işarəsi qoyaraq mahnını bəyəndiyini qeyd edib. Navaiyə digər məşhurlar da rəy yazıb. Müğənni Günel Zeynalova isə ifaçıya rəy yazaraq mahnının müəllifinin qardaşı Tunar Rəhmanoğlu olduğunu xatırladıb.

Nə düşünürsən?