“Меrсеdеs”lə toqquşan “Infiniti” səkidə 2 piyadanı vurdu – VİDEO

  • 21.09.2020
  • 2.4K baxış
  • 0

Rusiyanın Moskva şəhərində minik avtomobili qəzadan sonra 2 piyadanı vurub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 21-də Ostojenke küçəsində qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb. Agentliyin məlumata görə, 26 yaşlı sürücü yüksək sürətlə idarə etdiyi “Infiniti markalı minik avtomobillə, hərəkətdə olarkən “Меrсеdеs” markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “Infiniti”, səkidə irəliləyən 2 piyadanın üzərinə hərəkət edərək onları vurub və binaya çırpılıb. Qəza nəticəsində hər 2 piyada ağır xəsarətlər alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalara başlanılıb. Namiq Musayev

Nə düşünürsən?