"İşə düzəltmə" adı ilə dələduzluq edənlər

  • 21.09.2020
  • 0

YPX.AZ qaynar xəttinə daha bir dələduzluq faktı ilə bağlı şikayət məlumatları göndərilib. Ərzaq və ət məhsullarının konservləşdirilməsi zavodunda müxtəlif vakansiyalar elan edən şəxslər 077 220 50 07 "what's app" mobil nömrəsində ətraflı məlumat verdikdən sonra, iş üçün müraciət edən şəxslərin arasında guya uyğun namizədləri seçib onların işə götürüldüyünü bildirib. Tibbi sığorta və s xərclər üçün ilkin olaraq 45 manat ödəniş etməli olduqlarını bildiriblər. "Milli ön" aparatlarından ödəniş etmək üçün isə ödəniş zamanı "050 831 80 34" mobil nömrəsi ilə əlaqə saxlayıb ödənişin üsulunu soruşmağı qeyd ediblər. Həmin şəxslər yalanlarının inandırıcı olması üçün hətta "cenubkonserv.com" saytı da açıb ödəniş edən şəxslərin ad və soyadlarını saytda qeyd etməklə guya onların işə qəbul olduğunu yazıblar. Beləliklə işə düzəlmək istəyən şəxslərin hər birindən 45 manat aldıqdan sonra təbii ki, onları tapmaq mümkün olmayıb. Biz də YPX.AZ olaraq vətəndaşlara belə hallarda son dərəcə diqqətli olmalarını bildiririk. Bu şəxslərin yazı üslubundan, hər cümlədə, az qala hər sözdə buraxdıqları hərf səhvlərindən, savadsız cümlə quruluşlarından onların dələduz olduğunu müəyyən etmək heç də çətin deyil. Ən azı belə elanlarla rastlaşan zaman ətrafınızda olan savadlı, güvənli şəxslərlə məsləhət edin. Ümid edirik ki, hüquq mühafizə orqanları bu işi araşdırıb məlum şəxslər barəsində ölçü götürəcək.

Nə düşünürsən?