Uşaq kanalında skandal görüntülər

  • 20.09.2020
  • 685 baxış
  • 0

Danimarkada uşaq kanalındakı 'Ultra Strips Down' adlı proqramda, yetişkinlər uşaqlrın önündə soyundular. Cinsi orqanlardakı qüsursuzluğun müzakirə edildiyi bölümdə yetişkin qadın və kişilər uşaqların önündə soyundular. Yetkinlər soyunduqdan sonra aparıcı uşaqlardan cinsi orqanlar daxil olmaqla çılpaq böyüklərə suallar vermələrini istədi. Veriliş yayımlandıqdan sonra ölkədə mübahisələr alovlandı. Bir çox Danimarkalılar verilişdə baş verənləri bəyənməsələr də, o yaşdakı uşaqların seçilmiş mövzu barədə danışmalarının uyğun olmadığını söylədilər. "BU UŞAQLARI ARSIZ EDİR" Danimarka Xalq Partiyasının sözçüsü Peter Skaarup, mövzu ilə əlaqədar olaraq, proqramın uşaqları pozduğunu bildirdi və "Uşaqların bu yaşda kişi və qadınların cinsiyyət orqanlarından danışması hələ tezdir" dedi. Proqramın istehsalçıları proqramı uşaqlara təhsil vermək üçün çəkdiklərini müdafiə etdilər.

Nə düşünürsən?