Sürücülər bu küçədə çətinlik yaşayır

  • 18.09.2020
  • 0

Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində yaşanan vəziyyət sürücülərin işini çətinləşdirir. Belə ki, həmin ərazidə əks istiqamətli yolun hər iki tərəfində avtomobillər park edilir və nəticədə qarşı-qarşıya hərəkət edən avtomobillərə mane olur. Bu da günün pik saatlarında böyük sıxlığa səbəb olur. Sürücülər yolda dayanma və durmanı qadağan edən nişanın qoyulmasını istəyirlər. Məsələyə Baş Dövlət Yol Polisi İdarəsindən aydınlıq gətirilib. Qarşı-qarşıya gələn avtomobillər hərəkət etməkdə çətinlik çəkirlər. Görüntülər Nərimanov rayonu Faiq Yusifov küçəsi ilə Təbriz küçəsinin kəsişməsindəndir. Faiq Yusifov küçəsinin həmin ərazidən keçən hissəsində dayanma-durmanı qadağan edən nişan olmadığından, yolun hər iki tərəfində avtomobillər park edilir. Bu da əksistiqamətli yolda nəqliyyat vasitələrinin rahat hərəkət etməsinə mane olur. Günün əksər vaxtlarında, xüsusilə pik saatlarda ərazidə tıxac yaranır. Sürücülər deyir ki, əgər yolda dayanma-durmanı qadağan edən nişan qoyulsa, küçədə rahat gediş-gəliş mümkün ola bilər. Yoldan daimi istifadə edən sürücülər deyir ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyə qədər həllini tapmayıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Xəzər Xəbərə bildirdi ki, əraziyə baxış keçiriləcək. Əgər küçədə həqiqətən də dayanma-durmanı qadağan edən qaydalar tətbiq olunmalıdırsa, qurum bununla bağlı müvafiq addım atacaq.

Nə düşünürsən?