18 sentyabr: TƏBİB məlumat yaydı

  • 18.09.2020
  • 0

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb. Azerforum.com Pravda.az-a istinadla xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 898 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 114 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 112 və 9 idi. Ümumilikdə 38 894 nəfər virusa yoluxub, 36 424 nəfər sağalıb, 572 nəfər vəfat edib. Bu gün 5 898 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 041 184 test aparılıb. Qeyd edək ki, bu gün 117 koronavirusa yoluxma faktı qeydə alınıb, 135 nəfər sağalıb, 1 nəfər ölüb.

Nə düşünürsən?