Kürəkən qayınata və qayınanasını güllələdi

  • 18.09.2020
  • 0

Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib. Unikal.org apa-ya istinadən xəbər verir ki, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Nə düşünürsən?