Könül Kərimova və digərləri karantin qaydasıni pozdu

  • 18.09.2020
  • 8.2K baxış
  • 0

Ölkədə şərt karantin rejimin tətbiq olduğu, toyların, hətta dəfn mərasimləri istisna olunmaqla yasların qadağan olunduğu bur vaxtda Könül Kərimova və bir neçə şəxs əyləncə məclisi təşkil ediblər. Şadlıq evi personalının üzündəki qoruyucu maskadan aydın olur ki, video karantin müddətində çəkilib. Az qala hər nitqində ölkə başçısının siyasətini dəstəklədiyini bildirən Könül Kərimovanı ölkə başçısının göstərişlərinə, pandemiya əlaqədar çıxışlarına birəbir zidd getməsinə səbəb nədir görəsən? Yoxsa onun xüsusi bir imtiyazı var? Yaxud onun da iştirakçısı olduğu əyləncə məclisi əzizi rəhmətə gedənlərin yas məclisindən daha vacib və olmazsa olmazdır? YPX.AZ olaraq inanırıq ki, səlahiyyətli orqanlar bu əyləncə məclisində iştirak edənlərin hər birini müəyyən edəcək və onların hər birinə qanunun aliliyini, bütün vətəndaşların qanun qarşısında bərabər hüquqlu olmasını nümayiş etdirəcək.

Nə düşünürsən?