Küçədə itin bu hərəkəti sosial şəbəkələrdə gündəm oldu

  • 17.09.2020
  • 0

Türkiyəli aktyorların kurort şəhərlərindən birinin küçəsində təşkil etdiyi tamaşa zamanı təsirli hadisə yaşanıb. Bu barədə "İhlas Haber Ajansı” (İHA) xəbər yayıb. Tamaşanın süjet xəttinə əsasən, aktyor Numan Ərtoğrul Uzunsoy atdan yıxılaraq ağır yaralanır və həmkarları onu yerə uzadırlar. Yaralı vəziyyətdə yerdə uzanan aktyor dərindən nəfəs almağa və ağrıdan inildəməyə başlayır. Bu zaman küçə itlərindən biri aktyorun yaralandığını sanaraq onun köməyinə gəlir və aktyoru özünə tərəf sıxaraq kədərinə şərik olmağa çalır. Videoya çəkilən bu təsirli anlar sosial şəbəkələrdə paylaşılıb və çoxlu baxış sayı və şərhlər toplayıb.

Nə düşünürsən?