Məşhur müğənni 65 yaşlı kişini təpiklədi

  • 17.09.2020
  • 0

Məşhur müğənni Halil Sezai 65 yaşlı kişini döyməsinin səbəbi barədə açıqlama verib. Türkiyə mətbuatı xəbər verir ki, sənətçi Tuzlada çəkilişə etiraz etdiyi üçün 65 yaşlı qonşusu Hüseyn Meriçi döyməsinə aydınlıq gətirib. Sezai qonşusunun onu hövsələdən çıxardığını və qeyri-etik sözlər işlətdiyini bildirib: "Rejissorumuz Aytaç Ağırlarla birlikdə 6 nəfərlik heyətlə Youtube formatı üçün yemək tolk şousu hazırlayırdıq. Təəssüf ki, 5 aydır bir bölüm belə çəkə bilməmişik. Çünki bu 65 yaşlı kişi rejissorumuzla ədavəti üzündən bizə verilişi çəkdirməməyə and içib. 5 aydır içki içib qışqır-bağır salaraq bizi söyür. 5 aydır səbr etdik. Ana-bacı söyüşü söyən 65 yaşlı kişi indi çıxıb hər yerdə danışır. Danışsın. Silah çəkməyini, həyətimizə 30 nəfəri yığmağını hələ demirəm”.

Nə düşünürsən?