Özünü qatarın altında atdı, ayağı qopdu

  • 17.09.2020
  • 0

İstanbul metrosunun Şişli stansiyasında dəhşətli qəza olub. Səhər saat 08:30-da Şişli-Mecidiyeköy metro stansiyası bölgəsində gənc kişi özünü qatarın altına atıb. Hadisədən dərhal sonra olay yerinə polis, xilasedici və təcili tibbi yardım briqadaları çağırılıb. İlkin dəyərləndirilmələrə əsasən, özünü qatarın altına atan şəxsin ayağı qopub. Qəza ilə əlaqədar metro stansiyasına giriş-çıxış bağlanıb. Metro reysləri müvəqqəti dayandırılıb. Metronun maşinisti ifadəsi alınmaq üçün polis bölməsinə aparılıb. "Metroİstanbul”dan verilən açıqlamada gəncin intihara cəhd etdiyi bildirilir./Publika.az

Nə düşünürsən?