Təhlükə yaşadan sürücüyə protokol tərtib olundu

  • 17.09.2020
  • 0

11 sentyabr tarixində Ziya Bünyadov prospektində təhlükə yaşadan sürücülərlə bağlı videogörüntü paylaşıb xəbər vermişdik. Bakı Şəhəri Baş Dövlət Yol Polisi idarəsindən YPX.AZ saytına verilən rəsmi məlumata görə xəbərdən dərhal sonra araşdırma başladılıb və videogörüntüdə qayda pozan 10 ZP 307 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü idarəyə dəvət olunaraq haqqında inzibati tədbir görülüb. Görüntüdəki 99 UV 168 DQN-lı avtomobilin sürücüsünün də kimliyi müəyyən olunub və o da idarəyə dəvət olunub. Onun barəsində görüləcək tədbir barədə də məlumat verəcəyik. Məsələni diqqətdə saxlayacağıq. Bir daha YPX.AZ olaraq sürücüləri qaydaları pozmamağa, digər hərəkət iştirakçılarına təhlükə yaşatmamağa səsləyirik. Qayda pozan sürücülərə qarşı görülən tədbirlərə görə Bakı Şəhəri Baş DYP idarəsinin səlahiyyətli şəxslərinə təşəkkür edirik.

Nə düşünürsən?