Azərbaycanlı müğənnini hava limanında döyüblər

  • 17.09.2020
  • 1K baxış
  • 0

Müğənni Elnar Xəlilov döyülüb. BiG.AZ xəbər verir ki, o, bu haqda "Space" telekanalında yayımlanan "Gəl, dərdini danış" proqramında deyib. Müğənni bildirib ki, hadisə hava limanında baş verib: "22 oktyabr 2019-cu ildə Belarusiyaya gedirdim, bilet də alınmışdı. Taksi xidməti göstərən yaxın insanı çağırdım ki, məni hava limanına aparsın. Çatdıq ora, Qurbanov Anar adlı şəxs maşını yerləşdirməyə şərait yaratmadı. Taksini sürən şəxs dedi ki, imkan yaradın saxlayaq. Mübahisə başladı, söyüşlər söydü və təhqir etdi. Taksi sürücüsü "lənət şeytana" deyib, cavab verməməyə çalışdı. Qarşı tərəf gəldi taksinin qarşısında saxladı və pis söyüşlər söydü. Sonra taksi sürücüsü ilə mübahisə edirdi, dönüb məni vurdu. Polis gələndə ona da müqavimət göstərdi. Tutub apardılar. Mən də izahat yazmaq üçün şöbəyə getdim. Adam sonra polisə zəng vurub şikayət edir ki, sizin əməkdaşlar qolumu burdu, əlim qırıldı. Adam məndən şikayət edib ki, məni döyüb, xəsarət yetirib. Polis xarici pasportumu da götürdü. Uçuşa gecikdiyimi desəm də, baxmadılar. 11 aydır istintaq gedir".(axsam.az)

Nə düşünürsən?