Pandemiya onları hansı istiqamətə yönəldir?

  • 17.09.2020
  • 2 baxış
  • 0

“Pandemiya dövründə obyekt sahibləri artıq iri supermarket və aptek üçün yararlı olan məkanlara üstünlük verməyə başlayıblar”. Bu fikirləri Yenicağ.az-a açıqlamasında karantin rejiminin yumşaldılmasının kommersiya qurumlarının fəaliyyət göstərdiyi məkanların təyinatna təsirini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Elnur Fərzəliyevin sözlərinə görə, karantin rejiminin tətbiqindən sonra kommersiya obyektlərinin fəaliyyətində ciddi məhdudiyyətlərin yaranması onların bir çoxunu profil dəyişikliyinə sövq edib: “Pandemiya dövründə kommersiya obyektlərinin əksəriyyəti fəaliyyətsiz qaldı. Bu müddətdə əsasən, marketlər, xəstəxanalar və apteklər öz işlərini davam etdirdilər. Digər təyinatlı kommersiya obyektlərinin fəaliyyətsiz qalması isə iqtisadiyyata mənfi təsir göstərməklə yanaşı, vətəndaşların maddi durumunda da çətinliklər yaradıb. Mövcud şəraitdə insanlar pandemiyanın ikinci dalğasının gələcəyini düşünərək, hansısa obyekti icarəyə götürməyə çəkinirlər. Əgər ikinci dalğa yaşanarsa, sahibkarların kommersiya fəaliyyətinə marağı azala bilər. Əslində, obyekt sahibləri artıq iri supermarket və apteklər üçün yararlı olan məkanlara üstünlük verməyə başlayıblar. Onların kiçik mağazaara marağı yox dərəcəsindədir. Çünki iri supermarketlərdə qiymətlərin nisbətən ucuz olması ilə yanaşı, çeşidlər çoxdur. Bu fonda vətəndaşlar üçün kiçik mağazalar deyil, iri supermarketlər daha cəlbedicidir”.

Nə düşünürsən?