Şəhid ailəsi üçün tikilən evi sökən saxlanıldı

  • 16.09.2020
  • 512 baxış
  • 0

Şəmkirdə şəhid ailəsi üçün tikilən evi sökən şəxs saxlanılıb. Belə ki, rayonun Dəllər qəsəbəsində icra hakimiyyəti tərəfindən ayrılan ərazidə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil Minayə Abbasova üçün fərdi yaşayış evi tikilir. Qəsəbə sakini Edqar Osmanov isə iddia edib ki, güya ev məscidin ərazisində tikilir. O, gecə həmin əraziyə gələrək şəhid ailəsi üçün tikilən evin bir hissəsini söküb. Şəhid ailəsi və yerli icra strukturlarının müraciəti əsasında polis onunla bağlı tədbir görməli olub. Şəmkirin Dəllər qəsəbəsində Qarabağ şəhidinin ailəsi üçün RİH tərəfindən torpaq sahəsi ayrılıb və dövlət vəsaiti hesabına fərdi yaşayış evinin tikintisinə başlanıb. Ancaq qəsəbə sakini prosesə müdaxilə edərək məsələ ilə bağlı sosial şəbəkələrdə qeyri-dəqiq informasiyalar yayıb. Onun iddiasına görə şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün fərdi yaşayış evi məscidin ərazisində tikilir. Qəsəbənin bələdiyyə sədri deyir ki, ərazi boş və istifadəsiz olub. Şəhid ailəsi üçün məhz bu yerin seçilməsi ilə bağlı qərar isə onların öz xahişi nəzərə alınaraq verilib. Onların guya ərazidən imtina etməsi ilə bağlı deyilənlər də həqiqətə uygun deyil. Bütün bunlarla istəyinə çatmayan qəsəbə sakini Edqar Osmanov gecə həmin əraziyə gələrək şəhid ailəsi üçün tikilən evin bir hissəsini söküb. Şəhid ailəsi və yerli icra strukturlarının müraciəti əsasında polis onunla bağlı tədbir görməli olub. Məhkəmənin qərarı ilə həmin şəxs barədə 10 sutkalıq həbs verilib.

Nə düşünürsən?