Otellərdə monitorinqlər keçirilir

  • 16.09.2020
  • 0

Dövlət Turizm və Qida Təhlükəsizliyi Agentliyi pandemiya şəraitində otellərdə monitorinqləri davam etdirir. Otellərdəişçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin hansı səviyyədə icra edilməsi yoxlanıb. Otellərdə monitorinqlər davam etdirilir. Pandemiya dövründə otellərin fəaliyyətinin təşkili qaydalarına riayət olunmasına nəzarət məqsədilə 2 oteldə növbəti monitorinq keçirilib..Aparılan monitorinqlərdə dezinfeksiya işlərinin düzgün aparılması, qida blokundakı normalara əməl olunması,qonaqlara xidmət göstərən personalın sanitar-gigiyenik qaydalara riayət etməsi səviyyəsi yoxlanılır. Bakı Turizm İnformasiya Mərkəzinin Direktoru Rüfət Bağırov bildirib ki, artıq 6 həftədir otellərdə yoxlamalar aparılır.Ilk olaraq bu prosesə könüllər cəlb olunmuşdu. Hazırda isə aidiyyatı qrumlarla bu işlər həyata keçirilir. Qeyd edək ki, avqustun 24-dən etibarən ölkə üzrə keçirilən monitorinqlərdə bu günədək Bakıda və regionlarda yerləşən 229 mehmanxana monitorinqə cəlb olunub.

Nə düşünürsən?