Yenidən sərt karantin tətbiq oluna bilər?

  • 16.09.2020
  • 0

Qonşu dövlətlərdə koronavirusa yoluxma sayının artmasına baxmayaraq, Azərbaycan üçün sərt karantin qaydalarının yenidən tətbiqi arzuolunan deyil. Pravda.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, artıq iqtisadiyyatda mərhələli açılım həyata keçirilir və qısa zamanda bunun aktivliyə təsirləri də müşahidə olunur: "Xüsusən də regionlarda turizm sektorunda xüsusi canlanma müşahidə edilməkdədir. Bu baxımdan, növbəti mərhələdə də yeni standartlar tətbiq etməklə iqtisadi açılımın davam etdirilməsi məqsədəuyğun olardı. Pandemiyanın nə zaman başa çatacağı ilə bağlı proqnozlar nikbin olmadığı üçün iqtisadiyyatın yeni şərtlərə uyğunlaşdırılması daha arzuolunandır. Bu kontekstdən işləməsinə hələlik icazə verilməyən sahibkarlq fəaliyyətlərinin də bərpası üçün yeni standartların hazırlanması və tətbiqi vacibdir".

Nə düşünürsən?