Dünya şöhrətli müsəlman modelin çimərlik görüntüləri

  • 16.09.2020
  • 0

Dünyanın ən gözəl qadını kimi tanınan Fələstin əsilli amerikalı supermodel Bella Hadid lüks İtalyan markası “Versace”nin reklam kampaniyasının qəhrəmanı olub. BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, markanın İnstaqram səhifəsində onun iştirakı ilə video yayımlanıb. İnternetdə yayımlanan videoda 23 yaşlı model çimərlik geyimində görüntülənib. Onun obrazını qızıl boyunbağı, qol və ayağındakı aksessuar, üzüklər, bilərziklər tamamlayıb. Bundan əlavə, Hadidlə birlikdə kanadalı musiqiçi Castin Biberin həyat yoldaşı, supermodel Heyli Biber də reklam kampaniyasında iştirak edib. O isə çəhrayı bikinidə çəkilib.

Nə düşünürsən?