Himnə olan hörmətindən özünü qurban verirdi.

  • 16.09.2020
  • 0

15 sentyabr bilik günü Bakıda orta məktəblərin birində tədris ilinin açılışı münasibətilə Azərbaycan Respublikasının dövlət himni səsləndirilərkən xoşagəlməz hal baş verməsi ilə bağlı YPX.AZ olaraq xəbər vermişdik. Belə ki, məktəbin giriş hissəsində dayanan, Məktəblilərin dostu layihəsində çalışan xanımın himn səsləndirilən müddət halının yaxşı olmaması görünür. Bir müddət sonra isə xanım müvazinətini itirib yıxılır. Görünən odur ki, xanım himnə olan sayğısından sona qədər dayanmağa cəhd edir. Lakin sonda o müvazinətini itirir və pilləkənlərdən yerə dəyir. YPX.AZ-ın əldə etdiyi məlumata əsasən xanım Sabunçu rayonunda yerləşən xəstəxanaya yerləşdirilib və onun alın nahiyəsinə 7 ədəd tikiş qoyulub. Heç şübhəsiz ki, xanımın yıxılmasında onun istifadə etdiyi qoruyucu maskanın da rolu olub. Çünki bir çox şəxslər qeyd edir ki, uzun müddət maska istifadə etdikdən sonra onlarda baş gicəllənməsi, halsızlıq, huşunu itirmə halları baş verir. Biz də YPX.AZ olaraq Azərbaycan himninə olan sayğısından dolayı bu xanıma sonsuz təşəkkür edib ona şəfa diləyirik. Sonda onu da qeyd edək ki, məlum hadisənin videogörüntüsü saytımızın sosial şəbəkə hesablarında paylaşılandan sonra bu cür hala belə, xoşagəlməz, yumorlu, lağ edici rəylər yazanlar oldu. Həmin şəxslər adına təəssüf edirik. Axı insan sağlamlığı üzərində gülüş olmaz. Faciəyə lağ etmək insanlığa yaraşmaz.

Nə düşünürsən?