Uçan avtomobil test edildi

  • 16.09.2020
  • 0

Türkiyədə "Baykan Turkey” şirkəti tərəfindən istehsal edilmiş ilk uçan avtomobil "Cezeri”nin birinci uçuş sınağı uğurla yekunlaşıb. Bu barədə "Anadolu" Agentliyi məlumat yayıb. Bildirilib ki, uçan avtomobilin sınağı şirkətin texniki direktoru Selçuk Bayrakdarın rəhbərliyi ilə keçirilib. "Cezeri” tamamilə sərbəst uçur və uçuşun intellektual sisteminə malikdir. Yeni avtomobil bir gecə ərzində iki müxtəlif uçuşu müvəffəqiyyətlə yerinə yetirib. Dünən "Baykar" Milli Tədqiqat və İstehsalat Mərkəzində həyata keçirilən ikinci sınaq uçuşunda "Cezeri" təhlükəsizlik zəncirləri olmadan 10 metrədək yuxarı qalxıb. Bu, avtomobiln hazırlanmağa başladığı il yarımlıq müddətdə ilk uçuşu olub. Türkiyə mühəndisləri tərəfindən hazırlanan avtomobilin çəkisi 230 kiloqramdır./publika.az

Nə düşünürsən?