Avtoqəzada sürücü və qardaşı xəsarət aldı

  • 16.09.2020
  • 0

Dünən gecə 8-ci km "maşın bazarı" yaxınlığında 99 LA 505 DQN-lı BMW markalı avtomobil ilə 99 SK 175 DQN-lı Renault markalı avtomobil arasında qəza baş verib. YPX.AZ-a verilən ilkin məlumata görə hadisəyə səbəb Renault markalı avtomobilin sürücüsü Mirzəyev İsgəndər Məmmədrəsul oğlunun yolayrıcını keçmə qaydasını pozması olub. Hadisə nəticəsində BMW markalı avtomobilin sürücüsü İbrahimli Cavid Rövşən oğlunun və avtomobildə sərnişin kimi əyləşən qardaşının zərər çəkdiyi, xəstəxanaya yerləşdirildiyi bildirilir.

Nə düşünürsən?