Qurban Məmmədovun binası: polis nəzarəti yoxdur

  • 16.09.2020
  • 0

Xaricə sığınan hüquqşünas Qurban Məmmədova məxsus binasında məskunlaşan bütün sakinlər artıq köçürülüb. Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, buna baxmayaraq, Nərimanov rayonu Murtuza Nağıyev 4-6 ünvanındakı binanın söküntüsü aparılmır. Artıq binada polis nəzarəti də götürülüb və hazırda bina komendantın ixtiyarındadır. Binanın komendantı deyib ki, Qurban Məmmədovun ailə üzvləri, qohumları öz istəkləri ilə yaşadıqları evi tərk ediblər. Söküntü işləri Q.Məmmədova məxsus mənzillərin, obyektlərin birinci və ikinci mərtəbəsində aparılıb və 6 sentyabrda dayandırılıb. Bakı meriyasından Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunsuz tikilinin nə vaxt söküləcəyi barədə məlumatsızdırlar.

Nə düşünürsən?