Ən sol zolaqdan Ələtə girən sürücü

  • 16.09.2020
  • 0

YPX.AZ qaynar xəttinə göndərilən videogörüntü boyu 10 OM 699 DQN-lı avtomobilin trayektoriyasına baxdıqda görünür ki, ya sürücünün diqqəti yolda deyil, ya da başqa nəsə var. Çünki avtomobil ümumiyyətlə bir xətt, bir zolaq üzrə hərəkət etmir. 13 sentyabr Bakı-Qazax yolunda elə bu cür hərəkət trayektoriyasının sonluğu kimi sürücü ən sol zolaqdan qəfil sağa, Ələt qəsəbəsinə daxil olur. Sürücünün arakəsmədəki dəmir hissələrə və arxadakı sürücünün bu avtomobilə dəyməməsi an məsələsi olur. Əks halda bu sürətlə hərəkət edən avtomobillərin qəzasında faciə qaçınılmaz olacaqdı.

Nə düşünürsən?