Yoluxmanın artmasının səbəbləri...

  • 16.09.2020
  • 0

Cərimələrin miqdarı 50 manatdan 200 manatadək ola bilər Azərbaycanda koronavirusa yoluxma halları getdikcə çoxalır.Son 1 həftə ərzində 867 nəfər yoluxub.Ən son yoluxma isə rekord sayda 230 nəfər olub.Paralel olaraq karantin qaydalarına edilən yumşalmalar da yoluxma sayına təsirsiz ötüşmür.Hazırki vəziyyətdə tamamilə xüsusi karantin rejiminə keçmək iqtisadi baxımdan münkün olmasa da,qoyulan sanitar-gigiyenik qaydalara əməl olunarsa,yoluxma sayı minimuma enə bilər. TƏBİB-in idarə heyətinin rəhbəri Ramin Bayramlı,rəqəmlərin bu qədər artmasının səbəbini qaydaların bəzi vətəndaşlar tərəfindən önəmsənilməməsi ilə əlaqələndirir. İlk baxışda sadə görünsə də maska və dezinfektanların istifadəsi ciddi şəkildə yoluxma saylarına təsir edir.Bu həm Covid-19 ,həm başqa təhlükəli viruslardan qorunma üsuludur.Artıq gündəlik həyatımıza daxil etdiyimiz gigiyenik vasitələrin əhəmiyyətini danmaq olmaz.İnfeksion xəstəliklər və kliniki mikrobiologiya uzmanı Nazxanım Qasımova maska və dezinfeksiya vasitələrindən istifadənin əhəmiyyətinə diqqət çəkərək,əhalinin sanki,arxayınlaşdığını qeyd etdi. Yaranmış vəziyyətin idarə olunması üçün,karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən cərimələr də məlum olub.Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə edilib. Qeyd edək ki,tibbi maskalardan istifadə qapalı məkanlarda,mollarda,restoranlarda həmçinin açıq havada növbələrdə dayanan zaman məcburidir.Ölkədə tibbi ləvazimatları tədarükünə gəlincə isə, TƏBİB-dən bildirildi ki,10 milyondan artıq maska ehtiyatı var və bununla bağlı heç bir problem yoxdur.Eyni zamanda idxal prosesi də davam edir.

Nə düşünürsən?