Səfirdən Ermənistana silah daşınması məsələsinə reaksiya

  • 15.09.2020
  • 66 baxış
  • 0

"İranın regiondakı mövqeyi aydındır. Azərbaycanla münasibətlərin inkişafına heç bir məhdudiyyət yoxdur". Bu sözləri keçirdiyi mətbuat konfransında İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi deyib. Səfir Rusiyanın Ermənistana İran ərazisindən silah tədarükü məsələsinə də münasibət bildirib. "İran üzərindən Ermənistana heç bir hərbi yük daşınmayıb". Bu sözləri İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi deyib. Səfir bildirib ki, heç bir dezinformasiya iki ölkə arasındakı əlaqələri poza bilməz. Səfir iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Ancaq bununla belə iqtisadi potensialdan tam gücü ilə istifadə ediləcəyini vurğulayıb. Səfir Seyid Abbas Musəvi İran və Azərbaycan sərhədlərinin pandemiya dövründə praktiki olaraq bağlanmadığını da deyib. Bildirib ki, bu dönəmdə iki ölkə arasında ticari yüklərin daşınmasına hər cür şərait yaradılıb.

Nə düşünürsən?