“Toyota” “Chevrolet”lə toqquşdu; 3 nəfər öldü

  • 15.09.2020
  • 0

Rusiyanın Altay bölgəsində iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 15-də səhər saatlarında Pavlovsk rayonu ərazisində qeydə alınıb. Bu barədə “TASS” məlumat yayıb. Məlumata görə, hərəkətdə olan “Toyota Vista” və “Chevrolet Lanos” markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində 3 nəfər (hər iki maşının sürücüsü və “Chevrolet”in sərnişini) hadisə yerində dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri araşdırılır. Namiq Musayev

Nə düşünürsən?