Şəhid məzarları yüksək səviyyədə qorunur

  • 15.09.2020
  • 0

1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakıdan başqa rayonlardakı ermənilərin və bolşeviklərinağalığına son qoyulması üçün həmin ərazilərdə də döyüşlər aparıb. Bu döyüşlərdə şəhid olanların isə elə öldüyü yerlərdə məzarları var. Şəhid məzarları yüksək səviyyədə qorunur və onlara ehtiram göstərilir. Qobustanda, Abşeronda, Şəkidə, Mingəçevirdə. Bunlar 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunda döyüşmüş əsgərlərin məzarlarıdır. Qobustanda Acı dərə adlanaərazidə yerləşən bu abidə məhmətçiklərin xatirəsinə ucaldılsa da məzar daha çox 19 18 ildə şəhid olmuş bir zabitin adı ilə bağlıdır. Zabitin adı İzzət və ya Qədir olduğu ehtimal olunur.Tarixçilər bildirir ki, Acıdərədə qələbə qazananlar Bakının yolunu açıblar. Azərbaycanınmüxtəlif bölgələrində olduğu kimi Digah qəsəbəsi də 1918-ci ildə erməni işğalçılarının hücumuna məruz qalıb. Qafqaz İslam Ordusunun gəlişi ilə ərazi ermənilərdən təmizlənib. Bu döyüşlərdə də şəhid olan9 əsgərDigah qəbiristanlığında torpağa yapşırılıb. Hazırda Şəhidlərin uyuduğu məkanda "Türk şəhidliyi" abidəsi ucaldılıb. Tək Qəbir adlanan daha bir abidə Şəkinin Vərəzət kəndi yaxınlığındadır. 1918-ci illərdə xalqımıza qarşı törədilən soyqırımın qarşısının alınması məqsədi ilə qardaş köməyinə gələrək, şəhid olmuş Türk əsgərlərinin şərəfinə ucaldılan abidə "Şəki tək məzar, türk şəhidliyi" adlanır. Həmin dövrdə döyüşmüş, sonradan Azərbaycanda qalaraq ailə quraraq Mingəçevirdə məskunlaşan 2 əsgər - Sovet İttifaqının təzyiqlərindən qorunmaq üçün sonradan adlarını bizimlə eyniləşdirmiş Abdulla Şamxalov və Vəli Əliyevin məzarları da bu şəhərdədir. Mingəçevirdə hərkəsin diqqətini çəkən bu evə gəldikdə isə, Şamxalov onu atasının xatirəsi üçün Azərbaycan və Türkiyə bayraqları ilə bəzədib.

Nə düşünürsən?