Toy karvanındakı avtomobillərin təhlükəli manevrləri

  • 15.09.2020
  • 0

Türkiyənin İstanbul şəhərində toy kortejindəki avtomobillərin təhlükəli hərəkətləri kameralara düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə Beykoz rayonunun “Yeni Riva” şosesində qeydə alınıb. Kadrlarda, toy karvanında hərəkətdə olan iki avtomobilin sağa-sola manevrlər etdiyi və eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin keçməsinə həm maneə, həm də təhlükə yaratdıqları görülür. Bir müddət davam edən bu məsuliyyətsizlik, toy avtomobillərin sağ zolağa keçməsi ilə başa çatır.

Nə düşünürsən?