Bu yük avtomobilinin arxasında getsəniz ölə bilərsiniz.

  • 15.09.2020
  • 1.2K baxış
  • 0

Ölüm saçan yük avtomobili YPX.AZ kameralarına düşüb. 14 sentyabr tarixində 99 ZC 563 DQN-lı qoşqu ilə hərəkət edən yük avtomobilinin sürücüsünün Ziya Bünyadov prospektində, tuneldə heç bir işığını yandırmaması əməkdaşımızın diqqətini çəkib. Daha sonra əməkdaşımız müşahidə edib ki, ümumiyyətlə sürücü əyləcdən istifadə edərkən STOP işıqlarının heç biri yanmır və ümumiyyətlə yük avtomobili heç bir işığı işləmir. Daha sonra məlum olub ki, qəza zamanı minik avtomobillərinin yük avtomobillərinin altına görməməsi üçün yük avtomobilinin arxasında olan xüsusi dəmir də yoxdur. Belə ki həmin dəmirin yola perpendikulyar hissələri qalıb, lakin əsas qoruyucu hissə qaynaqdan qopub, yerində yoxdur. Təsəvvür edin ki, sutkanın qaranlıq vaxtı heç bir işığı yanmayan, fiziki olaraq görünməyən bu yük avtomobilinin arxası ilə gedirsiniz. Sürücü əyləcdən istifadə etsə də siz onu görməyəcəksiniz. Deməli qəza qaçınılmaz olacaq. Yük avtomobilinin qoruyucu dəmiri də olmadığından onun altına girəcəksiniz. Bu zaman isə sizin sağ qalma ehtimalınız demək olar ki, yoxdur. Yəni insan həyatı bir neçə lampadan və dəmirdən daha ucuzdurmu ki, bu sürücü bütün bunları etmədən yola çıxıb?

Nə düşünürsən?