"Ara işləyərkən" avtomobili vurub qaçdı

  • 15.09.2020
  • 0

14 sentyabr tarixində Bakı-Sumqayıt yolunda hərəkət iştirakçılarına təhlükə yaşadan, yol boyu necə gəldi zolaqları dəyişən, ardıcıl qayda pozan sürücünün görüntüləri digər avtomobildə olan videoregistrator vasitəsilə qeydə alınıb. Bütün bu kobud qayda pozuntularının nəticəsi kimi 10 SP 096 DQN-lı avtomobili idarə edən sürücü iki avtomobil arasından "ara işləyib" keçən zaman soldakı avtomobili vurur və hadisə yerindən qaçır. YPX.AZ olaraq səlahiyyətli şəxslərdən xahiş edirik ki, bu sürücünün barəsində toplanmış bütün materialları tezliklə məhkəməyə göndərsinlər. Belə sürücülərin sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmadıqca çoxları zərər görəcək.

Nə düşünürsən?