Lukaşenkonun iqamətgahına zirehli texnika cəlb olunub

  • 14.09.2020
  • 0

Belarus Prezidenti Aleksandr Lukaşenkonun iqamətgahına zirehli texnika vasitələri cəlb olunub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən sosial şəbəkələrdə yayımlanan videokadrlarda 10-a yaxın ekipajlı zirehli texnika vasitəsinin olduğu görünür. Agentliyin məlumatına görə, Minskin şimalından 6 zirehli maşın karvanı yol polisinin müşayiəti ilə İstiqlal Sarayı istiqamətində hərəkət edib. Bundan əlavə, Minskdəki Müstəqillik Meydanı yaxınlığına da hərbi texnikanın gətirildiyi bildirilib. OMON ərazini hasara alıb, hasarlar tikanlı məftillərlə əhatə olunub. Əsgərlər və milislər ərazidə patrul aparır. Xatırladaq ki, Belarusda avqustun 9-da keçirilən prezident seçkilərindən sonra ertiraz aksiyaları başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.

Nə düşünürsən?