Şuşalı qadın Mehriban xanım Əliyevaya müraciət etdi

  • 14.09.2020
  • 3.3K baxış
  • 0

İki xəstə övlada baxan ana mətbuat vasitəsi ilə aidiyyatı qurumlara və rəhbər şəxslərə müraciət edib. Oxu24.com xəbər verir ki, Şuşa şəhərindən məcburi köçkün olan və hazırda Sumqayıt şəhərində məskunlaşan Ələsgərovlar ailəsi Dövlət başçısına və Birinci Vitse Prezidentə müraciət edib. Ələsgərova Gülnar Faiq qızının sözlərinə görə, iki qız övladı var. Onun uşaqları anadangəlmə autizm xəstəsidir. Ananın sözlərinə görə, iki xəstə uşağı kirayələrdə saxlamaq və müalicə etdirməyə artıq nə maddi, nə də fiziki güc qalıb. “Böyük qızım Ələsgərli Zəhra 2011-ci ildə anada olub. Uşaq anadan olan zaman qüsurlu doğulub. Sonradan bir çox yerlərdə müayinə etdirdik. Həkimlər uşağa autizm sindromu diaqnozunu qoydu.O vaxtdan ağır müalicələrə başladıq.Bu gün Zəhranın 9 yaşı var. Hər gün xüsusi dərman qəbul edir.” Gülnar Ələsgərovanın sözlərinə görə iki xəstə uşaqla kirayələrdə qalmaq onlara əlavə çətinlik yaradır. “Biz Şuşa şəhərindən məcburi köçkünük.Bizim çox dəyərli birinci xanım Mehriban xanıma müraciət etmək istəyirəm.Düzdür, bu günə kimi Dövlət qurumlarına rəsmi müraciət etməmişik. Xahiş edirik ki, Mehriban xanım bizim evlə təmin olunmağımıza və övladlarımızın müalicəsində bizə yardım etsin. Mətbuatdan Mehriban xanımın çox humanist və gözəl insan olduğunu görürük.Ümid edirəm ki,bizim də problemlərin həllində yardım edəcək”. Ailənin ikinci övladı Ələsgərli Zeynəb də anadangəlmə xəstəliklə doğulub. Onun mədə-bağırsaq sistemində problem olduğu üçün uzun müddət tələb edən müalicə alır. “Kiçik qızım da xəstədir. Mədəsində yara var.Onun da müalicəsi böyük məbləğdə pullar tələb edir. Düzdür,Dövlətimiz bizə uşaqların xəstəliyi üçün aylıq 150 manat pensiya kəsib. Amma dərmanlar çox pul tələb etdiyindən bu pul kifayət etmir. Kirayələrdə qalmağımız bizə əlavə yükdür.” Ələsgərovla ailəsi müraciətində onların məcburi köçkün kimi evlə təmin edlməsini xahiş edib.

Nə düşünürsən?