Maşınlardakı dərman qutuları ilə bağlı siyahı dəyişdirilməlidir

  • 13.09.2020
  • 0

Avtomobillərdəki dərman qutuları insan həyatını xilas etmək əvəzinə sağlamlığa ciddi şəkildə ziyan da gətirə bilər. Xezerxeber.az-ın məlumatına görə, yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, avtomobillərdəki dərman qutusu ilə bağlı siyahı dəyişdirilməlidir. Səbəb budur ki, qutunun içərisində dərman vasitələri yox, sadəcə həkiməqədərki yardımda istifadə edilə biləcək tibbi ləvazimatlar, qanaxmanı dayandırmaq, yaranı sarımaq üçün vasitələr olmalıdır. Ərşad Hüseynovun sözlərinə görə, daha bir problem həmin qutuda olan dərman vasitələrinin qeyri- stabil bir yerdə saxlanılmasıdır. Avtomobilin bəzən 50 dərəcəyədək qızan salonunda saxlanan həmin dərmanlar ciddi dəyişikliyə məruz qalaraq istifadə edildikdə çox böyük problem yarada bilər. Bəs sürücülər bu haqda nə fikirləşir? Qeyd edək ki, Milli Məclis tərəfindən "Yol hərəkəti haqqında" qanuna edilən dəyişiklik Nazirlər Kabinetinə göndərilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?