Piyada zolağını zəbt edən sürücünün aqibəti – VİDEO

  • 13.09.2020
  • 0

Gün ərzində yerüstü piyada keçidindən tez-tez istifadə edirik. Bəzən, yolu keçmək istəyərkən avtomobilini düz zolağın üzərində saxlayan məsuliyyətsiz sürücülərlə də rastlaşırıq. Bu vəziyyətdən bir çox piyada narahatlıq keçirərək, kimisi iradını bildirir, kimisi şəkilini çəkib sosial şəbəkədə paylaşır, kimisi də sürücü ilə münaqişəyə girməməkdən ötrü həyatını təhlükəyə ataraq yolun hərəkət hissəsindən keçərək yoluna davam edir. İndi sizə təqdim edəcəyimiz video da elə bu qəbildəndir. Bu dəfəki piyada isə məsuliyyətsiz sürücünü özünəməxsus formada cəzalandırır. Avtosfer.az xəbər verir ki, görüntülər Rusiyanın Samara şəhərində qeydə alınıb. Kadrlarda, sürücünün idarə etdiyi narıncı rəngli kabrioletin piyada zolağının üzərində dayandığı və bu zaman sağ tərəfdən gələn şəxsin düşünmədən avtomobilin qapısını açaraq salonun içindən keçdiyi görülür. Daha sonra sürücü avtomobilindən düşərək, təəccüblə “nə baş verir?” baxışları ilə həmin piyadanın arxasınca baxır. Sosial şəbəkə istifadəçiləri paylaşılan görüntülərdə piyadanı bu hərəkətini haqlı sayıblar. Namiq Musayev

Nə düşünürsən?